Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:45

YAP-çı deputat Milli Məclis üzvlərinin sayının artırılmasını istəyir


Milli Məclis üzvlərinin sayı artırılmalıdır. Bu fikri «Novosti-Azerbaydjan»a açıqlamasında Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri, deputat Eldar İbrahimov bildirib.


«Elə kiçik rayonlar var ki, onların parlamentdə deputatları yoxdur. Yəni 2-3 rayonu bir deputat təmsil edir. Bu təklifi bir millət vəkili olaraq vermişəm. Amma təklifin reallaşması təkcə məndən asılı deyil. İmkan olsa, gələcəkdə müzakirə edib deputatların sayını artırmaq olar»- deyə, İbrahimov vurğulayıb.



XS
SM
MD
LG