Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

«Freedom House» keçid ölkələrinə dair illik hesabatını açıqlayıb


Azərbaycanda seçki prosesinin reytinqi dəyişməyib
Azərbaycanda seçki prosesinin reytinqi dəyişməyib

Azərbaycanda neft gəlirləri sayəsində iqtisadi inkişafı prezident İlham Əliyevə mövqeyini qoruyub saxlamağa imkan verəcək. İnflyasiyanın artması və milli iqtisadiyyatda neft ixracının böyük payı hökumət üçün ciddi problem kimi qalacaq. Bunu «Freedom House» təşkilatı keçid ölkələrinə dair illik hesabatında bildirir. Hesabatda vurğulanır ki, hökumət çətin ki, bu il əsl demokratikləşmə proqramı həyata keçirsin, müxalifət partiyalarının bir-biri ilə mübarizəsi isə onları zəiflətməkdə davam edəcək.


Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də elə bir şans görünmür, ancaq Azərbaycanla Ermənistan arasında silahlı münaqişə də real deyil.


«Freedom House»un hesabatında deyilir ki, prezident Əliyev idarəçilik sistemində hakimiyyəti ciddi şəkildə qoruyub saxlayıb, yüksək iqtisadi inkişaf nəticəsində siyasi və iqtisadi sabitlik mövcuddur. Ötən il prezidentlə parlament hakimiyyəti arasında balans dəyişməyib, Azərbaycanda milli idarəçilik reytinqi də dəyişməz qalıb-6 bal.


2005-ci il parlament, 2004-cü və 2006-cı illərdə keçirilmiş bələdiyyə seçkilərində texniki irəliləyiş qeydə alınıb, ancaq pozuntular da olub.


Müxalifətə təzyiqlər davam etdiyindən, Azərbaycanda seçki prosesinin reytinqi dəyişməyib.


Ötən il Azərbaycanın mülki cəmiyyət sektorunda da az irəliləyiş olub, QHT-lərin qeydiyyat, vergi, maliyyə problemləri həll edilməmiş qalıb. Polis saxlamaları, qeyri-hökumət və gənclər təşkilatları liderlərinə xəbərdarlıqlar davam etdiyindən mülki cəmiyyətin reytinqi geriləyib.


Bəzi qəzetlərin nəşriyyatlara borcu ləğv olunub, böhtana görə həbs edilmiş iki redaktor əfv edilsə də, media hökumətin təzyiqi altında işləyib. ANS-in bağlanması, müxalifət jurnalistlərinə davamlı təzyiqlər nəticəsində Azərbaycanın müstəqil media üzrə reytinqi pisləşib-5 baldan 5.25-ə qalxıb.


«Freedom House» Azərbaycanda yerli idarəçiliyin də demokratik olmadığını deyir, hökumət hələ də yerli inzibatçıları birbaşa təyin edir.


Ötən il hökumət məhkəmə sistemi üzərində tam hakimiyyətini saxlayıb. Keçmiş nazirlər Fərhad Əliyev və Əli İnsanovun dövlət çevrilişinə cəhd ittihamıyla istintaqı bir ildən çox çəksə də, nəticəsiz qalıb.


Azərbaycanda korrupsiyanın problemli məsələ kimi qaldığı bildirilir. Bu problem üzrə də indeks dəyişməyib.


Hesabatda həmçinin bildirilir ki, NATO və Avropa Birliyinin üzvləri olmasına baxmayaraq, Mərkəzi Avropa ölkələrində demokratik prosesdə geriləmə müşahidə olunur. Rusiyada demokratik islahatlar sahəsində ciddi geriləmə var. Təşkilata görə Türkmənistan və Özbəkistan isə ən repressiv ölkələrdir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG