Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 20:20

Fuad Əsədov AFFA İcraiyyə Komitəsinin baş katibi vəzifəsindən istefa verib


İyunun 13-də AFFA-nın mənzil-qərargahında Gənclər və İdman naziri Azad Rəhimov, qurumun İcraiyyə Komitəsinin üzvləri və klub rəsmilərinin iştirakı ilə toplantı keçirilib. Jurnalistlərin buraxılmadığı iclasda əsas müzakirə mövzusu milli çempionatda iştirak üçün sifariş haqqının azaldılması olub. Belə ki, klublar iştirak ərizəsinə salacağı hər yerli oyunçuya görə, əvvəl nəzərdə tutulduğu kimi, 4 min yox, 2 min, əcnəbiyə görə, 20 min yox, 8 min, yerli məşqçiyə görə, 10 min yox, 5 min, əcnəbi məşqçiyə görə, 50 min yox, 20 min manat ödəməli olacaq. Bundan başqa, klubların öz yetirməsi olan oyunçulara görə, üzvlük haqqı ödəməməsi də nəzərdə tutulur. Müvafiq qərarın AFFA-nın iyulun 20-də keçiriləcək növbədənkənar konfransında verilməsi gözlənir.



AFFA İcraiyyə Komitəsinin iclasında baş verən ən maraqlı hadisə isə qurumun baş katibi Fuad Əsədovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməsi olub. Onun səlahiyyətləri Ələddin Ağayiyə tapşırılıb.


XS
SM
MD
LG