Bu yaxınlarda Sofiyaya səfəri zamanı ABŞ prezidenti Corc Buşa qarşı ehtimal edilən sui-qəsd planlarında iştirakda şübhəli bilinən daha beş nəfər həbs olunub.
Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Amerika liderinə yaxınlaşmaq istəyən islam qruplaşmasının fəalı saxlanıb.
Həbs olunan daha üç kişi və qadın isə Corc Buş və Bolqarıstan prezidenti Georgi Pırvanovun ünvanına hədələrlə çıxış ediblər.