İranda azərbaycanlıları təhqir edən karikaturaların dərcinin ildönümü ilə əlaqədar etiraz nümayişi keçirməyə çağırdıqlarına görə, 15 adam həbs olunub.
Nümayişin təşkilatçıları aksiyanı əhalisinin əksəriyyəti azərbaycanlılar olan ölkənin şimal-qərbində, Təbrizdə keçirməyi planlaşdırırdılar.
Karikaturaların dərci polislə toqquşmalara səbəb olmuşdu. Həmin vaxt dörd nəfər həlak olmuşdu.