İyunun 12-də Türyançay Dövlət Təbiət Qoruğu yaxınlığında yerləşən qış otlaq sahəsində, Qəbələ-Ağdaş magistral yolunun sağında yanğın baş verib. Otlaq sahəsinin təxminən iki hektarı yanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.