İyunun 12-də Sumqayıt Alüminium İstehsalat zavodunda 1 və 2 saylı elektroliz korpuslarının açılış mərasimi olub. Yeni korpusların istifadəyə verilməsi nəticəsində 600 yeni iş yerinin açıldığı bildirilir. Müəssisənin tam gücü ilə fəaliyyət göstərilməsi üçün 2006-cı ildə 62 milyon manat sərmayə qoyulub.
Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.