Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 22:34

Qobustan həbsxanası başqa yerə köçürüləcək


Prezident İlham Əliyev «Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» sərəncam imzalayıb. Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyi qoruğun idarə olunması, inkişafı və qorunub saxlanılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.


Ədliyyə Nazirliyi isə qoruğun sərhədlərinə yaxın ərazidə yerləşən və onun ümumi görünüşünə xələl gətirən həbsxananın başqa əraziyə köçürülməsini təmin etməlidir.


Sərəncama görə, Nəqliyyat Nazirliyi altı ay müddətində Bakı-Ələt magistral yolundan qoruğadək yolun müasir standartlara uyğun yeniləşdirilməsini və abadlaşdırılmasını təmin etməlidir.


XS
SM
MD
LG