Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:29

«Hakimiyyət vəziyyətin dəyişdirilməsi üçün ciddi addımlar atmalıdır»


«Hakimiyyət müstəqil KİV-in sistemli təqibinə son qoyulmalıdır»
«Hakimiyyət müstəqil KİV-in sistemli təqibinə son qoyulmalıdır»

«Azərbaycanda söz azadlığı və jurnalistlərin hüquqlarına hazırkı təzyiqlər ölkənin müstəqilliyi elan olunduğu dövrdən söz azadlığı sahəsində ən ciddi böhrandır». Bu barədə «Turan»a müsahibəsində Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) baş katibi Aydan Uayt bildirib.


«Bizim 29 may tarixli sərt bəyanatımız məhz bundan irəli gəlib, belə ki, jurnalistlərin təqibi miqyası həqiqətən heyrətləndirir. Amma biz daha çox hakimiyyətin KİV-ə münasibətdə göstərdiyi mövqeyə təəccüblənirik. Jurnalistlərin həbsi və döyülməsi, qəzetlərin bağlanması, hədələr, məhkəmə cərimələri - bütün bunlar demokratiyanın inkişafı üçün şərait olmadığını göstərir. Hakimiyyət vəziyyətin dəyişdirilməsi istiqamətində ciddi addımlar atmalıdır»,-deyə Uayt qeyd edib.


«Hakimiyyət böhtana görə cinayət məsuliyyətini ləğv etməlidir, yeddi jurnalist həbsdən azad olunmalı və müstəqil KİV-in sistemli təqibinə son qoyulmalıdır»,-Uayt bu fikirdədir.


«Beynəlxalq jurnalist ictimaiyyətinin və BJF xüsusən Azərbaycanda söz azadlığını dəstəkləmək üçün nə edə bilər» sualının cavabında Aydan Uayt deyib ki, BJF vəziyyətin monitorinqini keçirmək niyyətindədir və təhsil sahəsində layihələr reallaşdırmağı planlaşdırır.


«Amma Azərbaycan jurnalistlərinin özlərinin və onların təşkilatlarının da fəallaşması gərəkdir. Ölkədə baş verənlər haqqında tam və vaxtlı-vaxtında məlumatlandırmaq vacibdir. Yuxarıda göstərilən məsələlər üzrə sistemli iş də çox zəruridir».


«Düşünürəm ki, jurnalistin əsas vəzifəsi - həqiqətin müdafiəsidir, digər jurnalistlərə cəza verilməsinə çağırış yox», - Uayt BJF-in bu yaxınlarda Moskvada keçirilən konfransında Azərbaycan jurnalistləri adından danışmış Tatyana Çaladzenin çıxışına münasibət bildirərkən belə deyib.


Çaladzeni BJF konfransına kimin çağırması haqda suala cavabda Uayt deyib ki, görünür bunu Moskva təşkilatçıları edib, çünki şəxsən o Çaladzeni dəvət etməyib.


Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlının «Turan»a verdiyi məlumata görə, Azərbaycandan o və Jurnalistlər Birliyinin daha bir işçisi rəsmi dəvət alıblar və ona Moskva forumuna daha kimin və necə dəvət aldığı məlum deyil.


Tatyana Çaladze öz növbəsində «Turan»a bildirib ki, o özü konqresin saytında qeydiyyatdan keçib və bundan sonra dəvət alıb. Tədbirin gedişində ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Haraşti ilə münaqişəyə gəldikdə isə, Çaladze «Azərbaycanın ünvanına səslənmiş ədalətsiz tənqidə etiraz» ifadə etdiyini bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG