Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 22:43

Redaktorlar piketi təxirə saldılar


Jurnalistlər Beynəlxalq Mətbuat Gününü qəbiristanlıqda qeyd edirlər, 3 may 2007
Jurnalistlər Beynəlxalq Mətbuat Gününü qəbiristanlıqda qeyd edirlər, 3 may 2007

Redaktorlar Birliyi iyunun 12-nə təyin olunmuş piketi də təxirə salıb. Bu qərar iyunun 11-də qurumun toplantısında qəbul olunub. «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, aksiya icazəsiz olduğundan Redaktorlar Birliyi qarşıdurma yaratmaq istəməyib.


Bakı Şəhər İcra Hakimiyyəti Redaktorlar Birliyinin iyunun 12-də metronun «Neftçilər» stansiyasından Heydər Əliyev adına Neft Emalı Zavodu qarşısındakı meydanadək yürüş-mitinq keçirmək istəyinə rədd cavabı vermiş, onlara başqa marşrut təklif etmişdi. Həmin ərazidəki təmir-tikinti işlərinə görə, kütləvi aksiya keçirmək mümkün olmadığından redaktorlar aksiyanı təxirə salmış, Sabir bağında jurnalistlərin həbsinə və mətbuatın problemlərinə etiraz olaraq piket keçirmək qərarı vermişdilər.


Redaktorlar Birliyi iyunun 23-də yürüş-mitinq keçirmək məqsədilə yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.


XS
SM
MD
LG