Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:24

Qazaxıstan prezidenti Qafqaz vasitəsilə Xəzərə kanal çəkməyi təklif edir


Nursultan Nazarbayev: «Burada heç bir siyasət yoxdur»
Nursultan Nazarbayev: «Burada heç bir siyasət yoxdur»
Qazaxıstan prezidenti Nursultan Nazarbayev iyunun 10-da MDB üzrə həmkarlarına iki iri su-enerji layihəsi təklif edib: Xəzər-Qara dəniz kanalının inşası və Sibir çaylarının Qazaxıstan və Orta Asiyaya yönəldilməsi.

«Xəzəryanı region və Orta Asiyanın zəngin resurslarının daşınma ehtiyacı var. Biz müxtəlif marşrutlar axtaracağıq. Xəzər və Qara dənizləri arasında «Avrasiya» gəmiçilik kanalının tikintisi əlamətdar layihə ola bilər» - bunu Nazarbayev Peterburq İqtisadi Forumunda deyib. O, mütəxəssislərin hesablamalarına əsaslanıb, deyib ki, kanal Volqa-Don kanalından min kilometr qısa ola bilər.


Nazarbayev qeyd edib ki, Orta Asiya ölkələri nəqliyyat dəhlizlərini, o cümlədən dünya okeanına çıxış və xammalın nəqli üçün dəhlizləri iqtisadi mülahizələrdən çıxış edərək seçəcəklər.


«Mövcud tranzit potensialından səmərəli istifadə olunsa, Qazaxıstan və Orta Asiya ölkələri dünya okeanına maneəsiz çıxış alacaq. Amma Qazaxıstan belə çıxış almasa, biz alternativ yollar axtarmalı olacağıq. Nəqliyyat dəhlizlərinin seçimində başlıca rol iqtisadi yanaşmaya məxsusdur, burada bəzən mətbuatın yazdığından fərqli olaraq, heç bir siyasət yoxdur», - Nazarbayev deyib.


O, həmçinin təklif edib ki, «Sibir çaylarının axınının bir hissəsi Qazaxıstan, Orta Asiya rayonuna yönəldilsin».


Nursultan Nazarbayev: «Bax, belə strateji layihələr bizim ölkələri yaxınlaşdırır. Ən əsası isə, biz bu kimi əzəmətli inteqrasiya məsələlərini həll etmək gücündəyik».


Xəzər və Azov-Qara dəniz hövzələri arasında yeni su dəhlizi Volqa-Don kanalının cənubundan keçəcək. Volqa-Don kanalının uzunluğu 1500 kilometrdir, yeni kanal ondan təqribən iki dəfə qısa olacaq.


Rusiya Dövlət Dumasından ITAR-TASS Agentliyinə deyiblər ki, kanal təqribən Xəzər dənizi- Kuma çayı- Şərqi Manıç çayı – Qərbi Manıç çayı-Azov dənizi marşrutu üzrə keçəcək.


«Avrasiya» kanalı layihəsinin tikintisi 160 milyard rubl (6 milyard 150 milyon dollar) dəyərləndirilir. Layihə reallaşsa, onun yükdaşıma qabiliyyəti Volqa-Don kanalının ikinci xəttinin imkanlarını (16 milyon ton) iki dəfədən də çox üstələyəcək.


Beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq yeni Azov-Xəzər su yolu Avropa və Asiya arasında okean və dənizlə yüklərin daşınmasının müddətini 1.5-2 aydan 10 günə endirməyə imkan verəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG