Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 07:08

Jurnalistlər Kanada, Avstriya və İsveçdən sığınacaq istəməyə hazırlaşırlar



Bu həftə sığınacaq istəyən bir qrup jurnalist Gürcüstana, Rusiyaya və Ukraynaya yola düşəcək. Məqsəd Azərbaycanda diplomatik nümayəndəliyi olmayan ölkələrin səfirliklərinə birbaşa müraciət etməkdir. Həmin ölkələr sırasında ilk növbədə Kanada, Avstriya və İsveçin adı gəlir. Bu haqda «Azadlıq» radiosuna sığınacaq istəyən jurnalistlərdən biri «Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov məlumat verib. Cənab Cəfərovun sözlərinə görə, Moskvaya və Kiyevə gedəcək jurnalistlər bu ölkələrdə həmçinin Azərbaycan mətbuatının durumu ilə bağlı təliğat-təşviqat işləri də aparacaqlar.


XS
SM
MD
LG