Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Jurnalistlər Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşırlar


Çərşənbə axşamı Ukrayna meydanında mitinq keçirmək istəməyən Redaktorlar Birliyi iyunun 11-də yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Redaktorlar İcra Hakimiyyətindən onların Rəşid Behbudov adına Mahnı Teatrında və ya Şəhriyar adına klubda mətbuatın vəziyyəti ilə bağlı forum keçirmələrinə icazə verməsini istəyəcəklər.


Bu haqda «Azadlıq» radiosuna Mitinq Komitəsinin üzvlərindən Şahbaz Xuduoğlu bildirib. Redaktorlar Bakı meriyasından toplantı ilə bağlı iyunun 19-dan gec olmayaraq cavab verməyi tələb edəcəklər.


Redaktorlar Birliyi həmçinin iyunun 12-nə təyin olunmuş yürüş-mitinqlə bağlı uyğun marşrut təklif etmədiyinə görə, Bakı Şəhər İcra Hakimiyyətini isə məhkəməyə verməyə hazırlaşır.


Bakı meriyası jurnalistlərin iyunun 12-də Neftçilər metro stansiyasından «Planet» restoranınadək yürüş-mitinq keçirmək təklifini rədd etmiş, onların metronun «Həzi Aslanov» stansiyasından yürüş edərək Ukrayna dairəsində mitinq keçirməsinə razılıq vermişdi. Amma həmin ərazidə tikinti-təmir işləri getdiyindən redaktorlar mitinq keçirməyi mümkünsüz sayıblar. Bu üzdən aksiya iyunun 23-dək təxirə salınıb.


XS
SM
MD
LG