Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

«Qəbələ RLS ABŞ və Rusiya ilə əməkdaşlığın yeni elementidir»


Qəbələ Radiolokasiya Stansiyası, 8 iyun 2007
Qəbələ Radiolokasiya Stansiyası, 8 iyun 2007

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Qəbələdəki radiolokasiya stansiyasından Rusiya və ABŞ-ın müştərək istifadəsinə dair təklifi dəstəkləyir.


Prezident Rusiyanın «Vesti» telekanalına müsahibəsində qeyd edib ki, bu stansiyadan müştərək istifadəyə Azərbaycanın hər iki ölkə ilə strateji əməkdaşlığının yeni elementi kimi baxır:


«Mən buna dərhal xeyir götürmək və ya nəsə qoparmaq imkanı kimi baxmıram. Bu, Rusiya və ABŞ-ın strateji münasibətlərinin yeni elementidir».


Prezident Əliyev əmin edib ki, Bakı bu məsələdə «Rusiya və Birləşmiş Ştatlarla uzunmüddətli strateji tərəfdaşlıq potensialını nəzərə alır».


Onun fikrincə, RLS-in müştərək istifadəsi strateji münasibətlər və təhlükəsizliyin yeni elementi ola bilər.


XS
SM
MD
LG