Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:13

«İstiqlal Abidəsi»nin müəllifləri məhkəməyə verilir


Azərbaycan Xalq Cümhuriyyəti Varislərinin Təşkilatı «İstiqlal Bəyannaməsi» Abidəsinin müəlliflərini məhkəməyə verməyə hazırlaşır.

Təşkilatın sədri Akif Cəfərzadə «Azadlıq» radiosuna bildirib ki, buna səbəb abidənin üzərində Bəyannaməyə imza atan 26 nəfərdən yalnız 8-nin adının yazılmasıdır. Onlar bunu tarixin təhrif olunması, sənədə imza atan digər şəxslərə hörmətsizlik hesab edirlər.


«Varislər» Təşkilatı həmçinin abidənin görkəmindən, yerləşdiyi ünvandan da narazıdırlar.


Təşkilat tələb edir ki, abidənin üzərindəki adlar silinməlidir. Şəhərin ən görkəmli yerində yeni İstiqlal Kompleksi ucaldılmalı, İstiqlaliyyət küçəsindəki bu abidəsə qırmızı terrorun qurbanlarına xatirə kimi saxlanmalıdır.


«İstiqlal Bəyannaməsi» Abidəsinin açılışı bu il mayın 26-da olub. O, Bakıda Milli Elmlər Akademiyası ilə İqtisad Universitetinin arasındakı 6-cı dalanda yerləşir.


XS
SM
MD
LG