Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:44

Jurnalistlərin mitinqinə icazə verildi


Bakı şəhər İcra Hakimiyyəti Redaktorlar Birliyinin iyunun 12-nə təyin olunan yürüş-mitinqinə razılıq verib.


Aksiyanın başlıca tələbləri bunlardır:


- həbsdə olan jurnalistlər azadlığa buraxılsın;


- mətbuata təzyiqlərə son qoyulsun;


- «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatilləri tapılsın;


- «Diffamasiya haqqında» qanun qəbul edilsin.


Bu haqda «Azadlıq» radiosuna Mitinq Komitəsinin üzvlərindən biri Şahbaz Xuduoğlu məlumat verib.


Yürüş-mitinq Bakı şəhər İcra Hakimiyyətinin paytaxtda kütləvi aksiyalar üçün müəyyənləşdirdiyi marşrutlardan biri üzrə keçiriləcək.


Redaktorlar Birliyi indiyədək bir neçə dəfə şəhərin mərkəzində buna bənzər piketlər keçirib.


Hakimiyyət təmsilçiləri isə bildirir ki, ölkədə söz azadlığına heç bir təhlükə yoxdur.


XS
SM
MD
LG