Keçid linkləri

Təcili xəbərlər
2022, 14 Avqust, bazar, Bakı vaxtı 22:54

Küveytə qatarla getmək imkanı yaranır


Küveytlə Azərbaycan arasında təyyarə reysləri açıla bilər. Bu haqda razılaşma iyunun 8-də Azərbaycanın və Küveytin Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Məhəmməd əs-Sabahın Bakıdakı görüşündə əldə olunub.



Nazirlər həmçinin iki ölkəni birləşdirə biləcək dəmiryolu xəttinin inşası imkanlarını da araşdırıb. Elmar Məmmədyarovun sözlərinə görə, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmiryolu xətti inşa olunandan sonra Azərbaycandan İraqın Bəsrə, ordan da Küveytə və başqa Fars körfəzi ölkələrinə qatarla getmək imkanı yarana bilər.


XS
SM
MD
LG