Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:09

Merkel: «Səkkizliyin» sammitində mühüm razılaşma əldə olunub


«Böyük Səkkizliyin» liderləri qlobal iqlim dəyişikliklərinə səbəb olan «parnik qazı» tullantısının azaldılması barədə mühüm razılıq əldə ediblər.


Bunu Hayliqendamm sammitinə ev sahibliyi edən Almaniya kansleri Angela Merkel bildirib.


Onun dediyinə görə, razılaşmaya uzun danışıqlar və məsləhətləşmələrdən sonra nail olunub. Son məqsəd 2050-ci ildə «parnik qazı» tullantısını iki dəfə azaltmaqdır.


İyunun 7-si Hayliqendammda ilk iş günüdür. Qlobal istiləşmə problemi ilə yanaşı, Kosovonun gələcək statusu və İranın nüvə proqramı müzakirə olunur.


XS
SM
MD
LG