Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 05:52

Azərbaycan-Ermənistan futbol yığmalarının qarşılaşmaları İspaniyada keçirilə bilər


UEFA İcraiyyə Komitəsinin iyunun 23-də keçiriləcək iclasında Azərbaycan və Ermənistanın futbol yığmaları arasında Avropa çempionatının seçmə oyunlarının yeri müəyyənləşəcək. ATƏT-in hazırki sədri İspaniya öz meydanlarını bu iki ölkənin yığmasının ixtiyarına verməyə hazırdır. Bu fikri İspaniyanin Xarici İşlər naziri Migel Anxel Moratinos Bakı və Yerevana səfərinin gedişində səsləndirib. Moratinos hətta təklifini UEFA prezidenti Mişel Platiniyə də çatdırıb. Platini təşəbbüsü dəstəkləyərək, Azərbaycan və Ermənistanın futbol qurumları ilə razılaşdırılmalı olduğunu bildirib.


XS
SM
MD
LG