Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Azərbaycan «Microsoft»la saziş imzalayacaq


Azərbaycan hökuməti və «Microsoft» korporasiyası strateji tərəfdaşlıq sazişinin imzalanmasına hazırlaşırlar.


Bu barədə iyunun 7-də «Trend»ə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib.


Nazir qeyd edib ki, saziş layihəsi artıq hazırdır. Lakin bəzi maddələrə düzəlişlər etmək zərurəti yarandığından imzalanmanı bir qədər yubatmaq qərara alınıb.


Əli Abbasov deyib ki, saziş imzalandıqdan sonra korporasiyanın Azərbaycandakı bütün investisiya layihələri müəyyənləşdirilib elan olunacaq.


XS
SM
MD
LG