Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:53

Dağlıq Qarabağ icması sülh danışıqlarında iştirak edə bilər


Həmsədrlər əmindirlər ki, Sankt-Peterburq danışıqları geriyə doğru addım olmayacaq
Həmsədrlər əmindirlər ki, Sankt-Peterburq danışıqları geriyə doğru addım olmayacaq

Dağlıq Qarabağ icması münaqişə ilə bağlı sülh danışıqlarında iştirak edə bilər. Bunu münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye iyunun 6-da Bakıda keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, əvvəllər artıq belə bir təcrübə olub.


Jurnalistlərin «Dağlıq Qarabağın erməni icmasınımı nəzərdə tutursunuz» sualına həmsədrlər cavab verməkdən yayınıblar. Rusiyalı həmsədr Yuriy Merzlyakov yalnız bunu əlavə edib ki, əvvəllər danışıqlar Ermənistanla yox, Dağlıq Qarabağ icması ilə aparılıb və bununla bağlı sənədlər, o cümlədən BMT-nin qətnamələri də var.


Amerikalı həmsədr Metyu Brayza isə bu ilin sonuna kimi sazişin imzalana biləcəyini istisna etmədiyini deyib: «Saziş imzalanmaya da bilər. Amma mən sözü küləyə buraxmıram. Nəyəsə əsaslanıb belə deyirəm və optimistəm».


Cənab Brayzaya görə, dövlət başçılarının Sankt-Peterburq görüşü danışıqlarda katalizator rolunu da oynaya bilər. Onun fikrincə, hər şey prezidentlərdən asılıdır.


Amma həmsədrlər əmindirlər ki, Sankt-Peterburq danışıqları irəliyə doğru olmasa da, geriyə doğru da addım olmayacaq.


ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü hazırlamaqdır.


Diplomatlar sonuncu dəfə regiona mayın 25-də səfər ediblər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG