Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 07:46

Azərbaycan kompyuter proqramlarının piratlığına görə, öndədir


Kompyuter proqramlarının piratlığı Çində 10, Rusiyada isə 7 faiz azalıb
Kompyuter proqramlarının piratlığı Çində 10, Rusiyada isə 7 faiz azalıb

2006-cı ildə kompyuterlərə yüklənən proqramların 35 faizi qanunsuz olub. Bu isə kompyuter proqramları piratlığına görə, 40 milyon dollar itki deməkdir.


102 ölkədə aparılan araşdırmadan məlum olub ki, 2006-cı ildə kompyuter proqramlarının piratlıq reytinqi 62 ölkədə aşağı düşüb, 13 ölkədə isə artıb.


Azərbaycan və Ermənistan kompyuter proqramlarının piratlığının ən yüksək olduğu ölkələr sırasında ilk yerləri tuturlar. Ermənistan bu siyahıda birinci, Azərbaycan isə Moldovadan sonra üçüncü yerdədir. Kommersiya proqramları sənayesinin beynəlxalq nümayəndəsi olan Biznes Proqram Alyansının iyunun 6-da yaydığı hesabatda belə deyilir. Araşdırmanı İnternet Databaza Əlaqələndiricisi firması aparıb.


Bu, kompyuter proqramlarının oğurlanması sahəsində hər il aparılan araşdırmadan beşincisidir. Keçən il aparılan araşdırmada göstərilib ki, son üç ildə kompyuter proqramlarının piratlığı Çində 10, Rusiyada isə 7 faiz azalıb.


XS
SM
MD
LG