Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 16:32

Eynulla Fətullayevin apellyasiya şikayəti təmin edilmədi


Yasamal məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib
Yasamal məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib

Apellyasiya Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. «Realnı Azerbaydjan» qəzetinin baş redaktor əvəzi Çingiz Sultansoyun «Media forum» saytına verdiyi məlumata görə, hakim müşavirədən qayıdaraq hökmü oxuyub.


Hökmdə Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığı bildirilir.


Məhkəmənin iyunun 6-da keçirilən iclasında Eynulla Fətullayev saxlanma şəraitindən şikayət edib.


«Məni MTN-də saxlayırlar və mənə yemək vermirlər. Mənim döşəyim yoxdur. Döşəksiz dəmir çarpayıda yatıram. 9 gündür ac-susuzam».


Fətullayev deyib ki, «Qarabağ gündəliyi» reportaj janrında yazılmış məqalələr slsiləsidir. Baş redaktorun fikrincə, onun yazısında nə Azərbaycan ordusu, nə də Xocalı sakinləri təhqir edilib.


Prosesdə jurnalistin vəkili İsaxan Aşurov, qarşı tərəfin nümayəndələri - Qaçqın və Məcburi Köçkünlər Birliyinin sədri Tatyana Çaladze və Əhməd Şükürov da çıxış ediblər.


Aprelin 20-də Yasamal Rayon Məhkəməsi Çaladzenin iddiası əsasında Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Jurnalist 2 il əvvəl yazdığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahkar bilinib.


Mayın sonlarında baş redaktor Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə əlaqədar Bayıldakı istintaq təcridxanasından nazirliyin təcridxanasına köçürülüb.


Baş prokuror Zakir Qaralovun mayın 31-də verdiyi açıqlamadan belə bəlli olur ki, MTN-dəki cinayət işi Eynulla Fətullayevin təsis etdiyi www.realazer.net saytında guya İran İslam Respublikası tərəfindən bombalanacaq Azərbaycanın müəyyən dövlət obyektləri və konkret ünvanlar göstərildiyinə görə açılıb.



XS
SM
MD
LG