Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 21:07

Jurnalistlər Fərhad Əliyevin məhkəməsi qarşısında aksiya keçiriblər


Əksər jurnalistlər artıq neçənci dəfədir ki, sabiq nazirin məhkəməsinə buraxılmırlar
Əksər jurnalistlər artıq neçənci dəfədir ki, sabiq nazirin məhkəməsinə buraxılmırlar

İyunun 5-də keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin məhkəmə prosesi davam edib. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir.


Əksər jurnalistlər yenə də məhkəməyə buraxmayıblar. Artıq neçənci dəfədir ki, prosesə buraxılmayan jurnalistlər məhkəmə binası qarşısında aksiya keçiriblər. Onlar əllərində Azərbaycan və ingilis dillərində yazılmış «Bizi məhkəməyə buraxın!» şüarlar tutublar.


Aksiya zamanı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Qəmbər Qəmbərova polis tərəfindən təzyiq göstərilib. Jurnalistin fotoaparatı sındırılıb.


RATİ-dən «Azadlıq» radiosuna bildiriblər ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlara və polisə müraciət ediləcək.
Məhkəmə media işçilərinin və beynəlxalq təşkilat təmsilçilərinin içəri buraxılmamasını zalda yerlərin az olması ilə əlaqələndirir.


İş üzrə təqsirləndirilən Əliyev qardaşlarından başqa İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.


XS
SM
MD
LG