Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 06:03

«Sankt-Peterburq görüşünə böyük ümid bəsləmək doğru deyil»


İyunun 5-də Moratinos Bakıdan Yerevana gedəcək
İyunun 5-də Moratinos Bakıdan Yerevana gedəcək
«Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünə o qədər də böyük ümid bəsləmək doğru deyil. Çünki yüksək nəticə gözlədiyimiz halda, məyus ola bilərik».

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın Xarici İşlər naziri Migel Anhel Moratinos iyunun 4-də axşam keçirdiyi brifinqdə deyib. Onu da bildirib ki, tərəflər Qarabağ münaqişəsinin həllinə indiki kimi yaxın olmayıblar: «Münaqişənin həlli ətrafında son imkan anlayışı yoxdur, ona görə də bütün imkanlardan istifadə etməliyik».


ATƏT-in fəaliyyətdə olan sədri Moratinos Azərbaycana ilk rəsmi səfərdədir.


Cənab Moratinosun səfər proqramına siyasi partiyaların liderləri və Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşlər də daxildir.


İyunun 5-də o, Bakıdan Yerevana gedəcək.


Bakıya səfərində Moratinosu ATƏT-in Parlament Assambleyasının rəhbəri Qoran Lenmarker müşayiət edir.


XS
SM
MD
LG