İyunun 4-də Müsavat Partiyası qərara alıb ki, qiymətlərin artımı ilə bağlı növbəti kütləvi aksiyanı jurnalistlərin mitinqindən sonra keçirsin. Partiyanın bütün resursları isə jurnalistlərin iyunun 12-də keçiriləcək aksiyasına yönəldiləcək. Bu haqda qərar partiya divanının iyunun 4-də keçirilən toplantısında verilib.
Partiya başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, Müsavat jurnalistlərə dəstək verəcək.
Jurnalistlər həbsdə olan həmkarlarının azadlığa buraxılması və mətbuata basqıların dayandırılması tələbilə gələn həftə mitinq keçirməyi planlaşdırır.