ABŞ-da Con Kennedi adına Nyu-York aeroportunda terror planlaşdırmaqda şübhəli bilinən dörd nəfərə qarşı ittiham irəli sürülüb.
Polisin məlumatına əsasən, ekstremistlər hava limanını təyyarələr üçün yanacaqla təchiz edən kəməri partlatmaq istəyirdilər. Plan ancaq ilkin hazırlıq mərhələsində idi, aeroporta real təhlükə yox idi.
Şübhəlilərdən biri Nyu-Yorkda, ikisi isə Karib dənizindəki Trinidad adasında saxlanılıb. Qrupun dördüncü iştirakçısı hələlik axtarışdadır.