Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:08

Magistraturaya sənəd qəbulu başlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası, iyul 2006
İyunun 2-də 2007-2008-ci tədris ili üçün magistraturaya sənəd qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata əsasən, sənədlərin qəbulu İnternet vasitəsilə iki mərhələdə aparılır.


Birinci mərhələdə bakalavr TQDK-nın qiyməti iki manat olan «ödəmə kartını» əldə edir. O, kartın seriya nömrəsi (bakalavrın iş nömrəsi) və PİN kodundan istifadə etməklə TQDK-nın müvafiq səhifəsinə daxil olub, oradakı ərzə formasını doldurur.


İkinci mərhələdə isə bakalavrlar ərizələrini rəsmiləşdirmək üçün TQDK-nın ali məktəblərdə yaratdığı Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər. Bu proses iyunun 6-dan 15-dək hər gün saat 9-18 arası davam edəcək.


Ətraflı məlumatı «Magistr» jurnalının ikinci sayından və tqdk.gov.az İnternet səhifəsindən almaq olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG