Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:03

Qazaxıstan prezidentinin kürəkəni Avstriyada həbs olunub


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Raxat Əliyev Avstriyada həbs olunub.


Bundan əvvəl Qazaxıstan Avstriyaya Əliyevin ekstradisiyası haqda rəsmi sorğu yollayıb. O, mütəşəkkil cinayətkarlıqla əlaqədə və iri banklardan birinin rəhbərlərinin oğurlanmasında əli olmaqda təqsirləndirilir.


Raxat Əliyev Qazaxıstanın Avstriyadakı səfiri olub. Bu yaxınlarda ona qarşı cinayət işi qaldırılandan sonra o, bu vəzifədən kənarlaşdırılıb.


XS
SM
MD
LG