Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:18

İyunun 1-dən beynəlxalq və şəhərlərarası telefon danışıqlarının yeni tarifləri və abunə haqları qüvvəyə minir


Tarif Şurasının beynəlxalq və şəhərlərarası telefon danışıqlarının 20% aşağı salınması haqqında qərarı 2007-ci il iyunun 1-dən qüvvəyə minir. İndi sabit telefondan Baltik və MDB ölkələri ilə 1 dəqiqə beynəlxalq danışıq tarifi 36 qəpik, İran, Türkiyə və Pakistanla 45 qəpik, Avropa, Amerika və sair ölkələrlə 54 qəpik təşkil edəcək.


Həmçinin Azərbaycan daxilində şəhərlərarası danışıqların yeni tarifləri də qüvvəyə minir - 1 dəqiqə üçün 7 qəpik.


İyunun 1-dən abunə haqqı da iki dəfə artırılaraq ayda 2 manat təşkil edəcək.


XS
SM
MD
LG