Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:09

Rövşən Kəbirli də aclıq aksiyasına başlayıb


Jurnalistlər tələblərinə əməl olunmayınca etirazlarını davam etdirəcəklərini bildiriblər
Jurnalistlər tələblərinə əməl olunmayınca etirazlarını davam etdirəcəklərini bildiriblər

«Müxalifət» qəzetinin Bayıl həbsxanasında saxlanan baş redaktoru Rövşən Kəbirli də aclıq aksiyasına başlayıb. Onun həmkarı, mayın 29-dan aclıq edən jurnalist Yaşar Ağazadənin səhhətində isə problemlər yaranıb. Hər iki jurnalist Azərbaycanda söz azadlığına qarşı yönələn ardıcıl basqılara, jurnalistlərin qanunsuz olaraq həbsə atılmasına, habelə ağır saxlanma şəraitinə etiraz edirlər.


Bu haqda Media Hüququ İnstitutu məlumat yayıb.


Jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılı iyunun 1-də Bayıl həbsxanasında onlarla görüşüb. Vəkilin sözlərinə görə, Yaşar Ağazadənin səhhətində problemlər yaransa da, həbsxananın tibb xidməti başgicəllənmə, ürəkbulanma, halsızlıqdan əziyyət çəkən jurnalistin səhhəti ilə maraqlanmır. Rövşən Kəbirlinin sağlıq durumu isə normaldır. Həbsxana rəhbərliyi aclıq aksiyasını dayandırmağı istəsə də, jurnalistlər tələblərinə əməl olunmayınca etirazlarını davam etdirəcəklərini bildiriblər.


Mayın 31-də isə Ombudsman Aparatının iki nümayəndəsi Y.Ağazadə və R. Kəbirli ilə görüşüb. Aclıq edən jurnalistlər tələbləri, saxlanma şəraiti, müxalifət qəzetləri əldə etmələrinə imkan verilməməsi barədə onları məlumatlandırıblar.


Rövşən Kəbirli və Yaşar Ağazadə mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında hər biri 2 il 6 ay azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG