Cinsi istismar məqsədi ilə insan alveri ilə məşğul olan Bakı şəhər sakini həbs edilib. Bu barədə «Novosti-Azerbaydjan»a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, saxlanılan şəxs qadınları Türkiyəyə apararaq satırmış. Bununla bağlı Cinayət Məcəlləsinin 144-cü maddəsi (insan alveri) cinayət işi qaldırılıb.