«Hesab edirəm ki, belə müraciətlərə heç bir əsas yoxdur. Sadəcə bu, müəyyən siyasi qrupun növbəti oyunudur». Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev son zamanlar bir çox jurnalistin xarici ölkələrdən sığınacaq alması ilə bağlı müraciətlərinə münasibət bildirərkən belə deyib.
«Hansı jurnalistin hara müraciət etməsi onun öz hüquqdur. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur»- bu fikirdə olan Baş prokuror Zakir Qaralov deyir ki, ölkədə bütün jurnalistlərin hüquqları qorunur.
Daxili İşlər naziri Ramil Usubov da jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin hüquq mühafizə orqanlarının diqqət mərkəzində olduğunu bildirib.
Hazırda xarici ölkə səfirliklərindən və beynəlxalq nümayəndəliklərdən sığınacaq istəyənlərin sırasında 14 nəfər «Gündəlik Azərbaycan», 5 nəfər «Azadlıq» qəzetin, 1 nəfər «Yüksəliş naminə» qəzetinin əməkdaşı və bir də «Nota Bene» qəzetinin baş redaktoru var.