Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:18

Azərbaycan «dinc ölkələr» siyahısında 101-ci yerdədir


Hesabat dünyanın 121 ölkəsini əhatə edir
Hesabat dünyanın 121 ölkəsini əhatə edir

Azərbaycan «dinc ölkələr» siyahısında 101-ci yerdədir. Britaniyanın «Economist» məcmuəsinin mayın 30-da açıqladığı «Qlobal Sülh İndeksi» (The Global Peace Index) adlı hesabatında belə deyilir. Siyahıda Norveç dünyanın ən sakit ölkəsi kimi qiymətləndirilir. İraq isə yaşamaq üçün ən təhlükəli dövlətdir.



«Böyük Səkkizliyin» Almaniya sammiti ərəfəsində yayılan hesabat zorakılıq səviyyəsi (daxili zorakılıq və xarici təcavüz), mütəşəkkil cinayətkarlıq və hərbi xərclər kimi amillər əsasında Əlcəzairdən tutmuş Zimbabveyə qədər dünyanın 121 ölkəsini əhatə edir.



Britaniya da daxil olmaqla Avropa ölkələrinin çoxu siyahının yuxarısında qərarlaşıblar. Birləşmiş Ştatlar sona yaxın – 96-cı, Rusiya isə sondan dördüncü – 118-ci yerdədir.


Sənədi Dalay Lama, arxiyepiskop Desmond Tutu, ABŞ-ın keçmiş prezidenti Cimmi Karter və amerikalı iqtisadçı Yozef Ştiqlits, İordaniya Kraliçası Noor kimi məşhur insanlar, həmçinin Nobel sülh mükafatının bütün laureatları dəstəkləyir.


Ümumilikdə, araşdırma zamanı məlum olub ki, gəlir və təhsil sülhün təminatında həlledici faktordur.


Hesabatın müəlliflərindən biri Stiv Killelea: «Ölkələrin sakitliyi ilə zənginliyi arasında əlaqə var, ona görə də, biznes sülhdə aparıcı rol oynayır».


1959-cu ildə uğursuz üsyandan sonra Çindən qaçan Tibet buddisti Dalay Lama isə bildirir ki, indeksin açıqlanması siyasətçilər üçün faydalı vasitə ola bilər.


İLK ONLUQ


1. Norveç


2. Yeni Zelandiya


3. Danimarka


4. İrlandiya


5. Yaponiya


6. Finlandiya


7. İsveç


8. Kanada


9. Portuqaliya


10. Avstriya


...


28. Estoniya


43. Litva


61. Qazaxıstan


72. Moldova


80. Ukrayna


92. Türkiyə


97. İran


101. AZƏRBAYCAN


110. Özbəkistan


118. Rusiya


121. İraq


XS
SM
MD
LG