Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Eynulla Fətullayevin MTN-in təcridxanasına köçürülməsi cinayət işi ilə bağlıdır


Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev «Media forum» saytına açıqlamasında «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Bayıl həbsxanasından MTN-in təcridxanasına köçürüldüyünü təsdiqləyib.


Cənab Babayev xatırladıb ki, MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb: «Həmin cinayət işi üzrə hazırda istintaq və əməliyyat tədbirləri həyata keçirilir. Eynulla Fətullayevin MTN-in istintaq təcridxanasına köçürülməsi də bununla bağlıdır».


Eynulla Fətullayev aprelin 20-də böhtan atmada təqsirli bilinərək iki il altı ay azadlıqdan məhrum edilib.



XS
SM
MD
LG