Prezident İlham Əliyev «Regionların inkişafı proqramı»nın icrası vəziyyəti ilə maraqlanmaq üçün ölkənin qərb bölgələrinə səfərə çıxıb. Mayın 30-da dövlət başçısı Qazax rayonunda Olimpiya Kompleksinin açılışında iştirak edib.
Daha sonra İlham Əliyev yeni sement zavodunun təməlqoyma mərasiminə qatılıb. Tikintini Azərbaycan Beynəlxalq Bankı maliyyələşdirir. Müəssisə Çin şirkətlərindən birinin iştirakı ilə inşa edilir və gündəlik 2,5 min ton sement istehsal edəcək.
Prezident Daş-Salahlı qəsəbəsində beton istehsal edən yeni müəssisənin açılışında da olub. Bu zavod Azərbaycan-Rusiya müştərək müəssisədir. Layihədə Rusiya tərəfinin sərmayəsi 6 mln. dollar təşkil edir.