Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:59

«bp-Azərbaycan» yerli şirkətlərə 6 milyon dollar kredit ayıracaq


«bp-Azərbaycan» 1831 Azərbaycan vətəndaşını işlə təmin edib. Bu, şirkətdə çalışanların 75 faizini təşkil edir. Bundan başqa, podratçı təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı 6000 nəfər təşkil edir. Amma şirkətdən bildirirlər ki, bu rəqəm ilin sonuna doğru işlər başa çatdıqca azalacaq.


«bp-Azərbaycan»dan bildirirlər ki, bu il yerli xidmət və təchizat şirkətləri üçün 6 milyon dollar xərclənəcək. Bu məqsədlə maliyyə fondu yaradılacaq və yerli şirkətlərə maliyyə kreditləri ayrılacaq. Əməliyyatları Mikromaliyyələşdirmə Bankı yerinə yetirəcək.


Şirkət ictimai sərmayələr üçün 10 milyon dollar səfr etməyi də nəzərdə tutub.



XS
SM
MD
LG