Azanın səsgücləndirici vasitəsilə verilməsinə qoyulan qadağa ləğv edilir. Bu barədə «Turan»a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısı Allahşükür Paşazadə məlumat verib. Onun sözlərinə görə, müvafiq qərar onun dövlət başçısı ilə mayın 29-da keçirdiyi görüşdən sonra qəbul edilib. Şeyx qərarın dəyişməsi səbəbini açıqlamayıb.
Mayın 23-də azanın səsgücləndirici vasitəsilə verilməsinə qadağa qoyulmuşdu. Qadağa möminlərin narazılığına səbəb olmuşdu. Həmin vaxt QMİ-nin nümayəndəsi bildirmişdi ki, səsgücləndiricilərdən istifadəyə qadağa qoyulmasına səbəb onun əhalidə yaratdığı narahatçılıqdır.