Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Sərnişin qatarları artıq Biləcəri stansiyasında dayanmayacaq


Ölkənin şimalına hərəkət edən sərnişin qatarları artıq Biləcəri stansiyasında dayanmayacaq. Sərnişinlər bu qatarlara Sumqayıt dəmiryolu vağzalında minə biləcəklər. Bu barədə «Azadlıq» radiosuna Dəmiryolu İdarəsinin əməkdaşı Elyar Muradov məlumat verib. Onun sözlərinə görə, həm Biləcəri stansiyasının yükünü azaltmaq, həm də Sumqayıtda sərnişinlərin daha çox olması bu qərarın qəbuluna səbəb olub. Yük qatarları isə əvvəlki kimi, Biləcəri stansiyasında dayanacaq. Elyar Muradov onu da deyir ki, tələbat olduğundan Rusiyanın bəzi şəhərlərinə Ufa-Bakı reysinin açılması istiqamətində danışıqlar aparırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG