Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:49

Hacı Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb


Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. «Trend» xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclasının qərarından verilən kasasiya şikayəti icraata götürüldüyündən işin apellyasiya baxışı təxirə salınıb. Belə ki, təqsirləndirilən şəxslər və vəkillər hazırlıq iclasında verdikləri vəsatətlərin təmin olunmaması barədə qərardan Ali Məhkəməyə şikayət ediblər. Onlar cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsini istəyirlər.


Hakim Yusifov bildirib ki, hazırlıq iclasının qərarından verilmiş kasasiya şikayətinə baxılanadək prosesdə fasilə elan olunur.


Apellyasiya Məhkəməsində mayın 29-da keçirilən prosesdə Hacı Məmmədov və təqsirləndirilən digər şəxslər iştirak edib.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Onlara 2007-ci ilin yanvarında hökm oxunub. Hacı Məmmədov və digər 9 nəfər ömürlük, qalanları isə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG