Mayın 29-u gecə Tbilisidə parlamentin müxalifətdən olan keçmiş deputatı Zviad Tsexladzenin meyiti tapılıb. Cəsədin əlləri bağlı olub.
Tsexladzenin meyitini onun ofisinə baş çəkən qohumları tapıblar. Sabiq deputatın telefon zənglərinə cavab verməməsi onun qohumlarında şübhə yaradıb.
1999-2003-cü illərdə Zviad Tsexladze müxalif Dirçəliş Partiyasının parlamentdə deputatı olub.
Polis hələlik baş verənləri şərh etmir.
Mayın 20-də isə Tbilisinin mərkəzində filologiya elmləri professoru, müxalif «İnam, Vətən, Dil» Hərəkatının lideri, digər keçmiş deputat Quram Şaradze qətlə yetirilmişdi.