Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Naxçıvanda iki nəfərin sel sularında həlak olduğu deyilir


Hazırda Şahbuz rayonunda aramsız yağışlar davam edir
Hazırda Şahbuz rayonunda aramsız yağışlar davam edir

Aramsız yağan yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bir neçə kəndini sel basıb. Güclü selin Yuxarı Qışlaq kəndində iki nəfərin həyatına son qoyduğu bildirilir. Kənd sakinlərdən ata və oğul sel sularında boğulub. Atanın cəsədi tapılsa da, hazırda 21 yaşlı oğlun axtarışı davam edir. Axtarış tədbirlərinə Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə, Müdafiə Nazirliyinin və polisin də cəlb olunduğu bildirilir. Kəndə digər itkin düşənlərin olması da istisna edilmir.


Hazırda Şahbuz rayonunda aramsız yağışlar davam edir.


Hidrometeoroloqlar Muxtar Respublikada dəyişkən hava şəraitinin bir həftə davam edəcəyini xəbər verirlər.


İki gündür Naxçıvana yağan güclü leysan nəinki Şahbuza eyni zamanda digər rayonlara da ciddi ziyan vurub.


XS
SM
MD
LG