Keçid linkləri

2025, 13 İyun, Cümə, Bakı vaxtı 17:43

27 ildən sonra «işgüzar və müsbət» görüş


Danışıqların başqa detalları hələlik bildirilmir
Danışıqların başqa detalları hələlik bildirilmir

Mayın 28-də Bağdadda İran və ABŞ rəsmiləri arasında son 27 ildə ilk dəfə keçirilən diplomatik görüş artıq başa çatıb. Görüş dörd saat çəkib. ABŞ-ın İraqdakı səfiri Rayan Kroker deyib ki, İran səfiri Həsən Kazemi-Kumin ilə görüş işgüzar və müsbət keçib. Rayan Kroker bildirib ki, İran İraqdakı yaraqlıları silahlandırmağı dayandırmalıdır.


Danışıqların başqa detalları hələlik bildirilmir.


27 il əvvəl İranda baş verən İslam İnqilabından və ölkədən ABŞ səfirliyinin çıxarılmasından sonra iki ölkə arasında heç bir diplomatik görüş olmamışdı.


Amerika və İranın İraqdakı səfirləri-Rayan Kroker və Həsən Kazemi-Kuminin görüşündə İraqda icmalar arasında zorakılıq məsələlərinin müzakirə ediləcəyi gözlənilirdi. İranın nüvə proqramı görüşün gündəliyinə daxil edilməmişdi.


İranın Xarici İşlər naziri Manuçöhr Mottaki mayın 28-də deyib ki, əgər Amerika İraqda və regionda «uğur tapmayan» siyasətini dəyişsə, danışıqlar daha uğurlu alınar. Mottaki İranın ümid etdiyini deyidir ki, ABŞ İraqdakı problemlərə daha real yanaşma seçəcək.


Amerika İranı İraqdakı yaraqlıları maliyyə yardımı etməkdə və silahlandırmaqda ittiham edir. İran isə iddia edir ki, ABŞ qüvvələri İraqdan çıxmayana qədər ölkədə sülh olmayacaq.


XS
SM
MD
LG