Keçid linkləri

Təcili xəbərlər
2022, 13 Avqust, şənbə, Bakı vaxtı 13:15

Prezidentin kürəkəni qayınatasını demokratiyadan geri çəkilməkdə ittiham edir


Qazaxıstan prezidentinin kürəkəni Raxat Əliyev Nursultan Nazarbayevi demokratiya prinsiplərindən geri çəkilməkdə təqsirləndirib.


O, deyib ki, ölkə Sovet totalitar keçmişinə sürüklənir.


Qazaxıstanın Avstriyadakı səfiri olan Əliyevə qarşı mayın 23-də cinayət işi qaldırılıb. O, «Nurbank»ın rəhbərliyinə daxil olan iki nəfərin oğurlanmasında şübhəli bilinir. Əliyevin özü də həmin bankın ən iri səhmdarıdır və özü haqqında ittihamları rədd edir.


Nazarbayevin kürəkəni əmindir ki, təqiblərə səbəb onun 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətidir.


XS
SM
MD
LG