Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:27

«İstiqlal Bəyannaməsi» abidəsinin açılışı olub


Abidə üzərinə «İstiqlal Bəyannaməsi»nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub
Abidə üzərinə «İstiqlal Bəyannaməsi»nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub

Mayın 25-də «İstiqlaliyyət» küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin açılışı olub. Abidə Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında ucaldılıb.


Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş «İstiqlal Bəyannaməsi»nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.


Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.


Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayın 28-də yaradılıb. 23 ay mövcud olan Cümhuriyyət 1920-ci il aprelin 28-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində süqut edib. Hər il mayın 28-i «Respublika Günü» kimi qeyd edilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG