Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:40

Hüquq müdafiəçiləri diplomatlarla ölkədəki mətbuatın vəziyyətini müzakirə edirlər


Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupu «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinə və ümumiyyətlə son vaxtlar jurnalistlərə təzyiqlərin güclənməsilə bağlı Azərbaycandakı beynəlxalq təşkilatlar, xarici ölkə səfirlərilə görüşlərə başlayıblar. Mayın 25-də onlar Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Denis Bribosia ilə görüşüblər.


Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyir ki, onlar ATƏT-ə üzv ölkə səfirlərinin Azərbaycanda mətbuata olan təzyiqlərlə münasibət bildirmələrini istəyirlər.


Hüququ müdafiəçiləri indiyə qədər ABŞ, Böyük Britaniya, Fransa səfirləri və ATƏT-in Bakı ofisinin rəhbərilə görüşüblər. Növbəti görüş Almaniya səfirliyində olacaq.


Səidə Qocamanlı deyir ki, bütün görüşlərdə beynəlxalq təşkilatların nümayəndələri və diplomatlar jurnalistlərə təzyiqlərdən narahat olduqlarını bildiriblər.



XS
SM
MD
LG