Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:13

Bakıdan Aşqabada təklif


Məmmədyarov: «Xəzərin sahillərində yaşayan dost xalqların birgə maraqları çoxdu»
Məmmədyarov: «Xəzərin sahillərində yaşayan dost xalqların birgə maraqları çoxdu»

«Siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanla Türkmənistan arasında hökumətlərarası komissiya yaradılsın».


Bunu Bakı Aşqabada təklif edir. Təklifi Türkmənistan prezidentinə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov çatdırıb. O, Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Məlumatı türkmən televiziyası yayıb. Məmmədyarov deyib ki, Xəzərin müxtəlif sahillərində yaşayan dost xalqların birgə maraqları çoxdu. O, Azərbaycan prezidenti İlham Əliyevin Berdıməhəmmədova məktubunu da çatdırıb. Məmmədyarovun bildirdiyinə görə, Əliyev məktubda yazır ki, Azərbaycan Türkmənistanla qarşılıqlı münasibətləri daha da sıxlaşdırmaqda maraqlıdı.


Berdıməhəmmədov isə Türkmənistanın Azərbaycanla mədəni əməkdaşlıqda çox maraqlı olduğunu deyib. Onun fikrincə, bu, iki xalqın münasibətlərini daha da yaxınlaşdırar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG