Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:57

Kral Xuan Karlos Servantesi qabaqlayıb


İspaniyanın «Antena 3» telekanalı ölkə tarixində ən dahi ispanların siyahısını müəyyənləşdirmək məqsədilə sorğu keçirib.


Birinci yeri kral Xuan Karlos tutub, o, «Don Kixot»un müəllifi Migel Servantesi qabaqlayıb. Üçüncü Xristofer Kolumb olub, baxmayaraq ki, tarixçilərin bir çoxu onu italyan, genuyalı sayır, deyir ki, o, İspaniyaya ancaq 34 yaşında gəlib.


İlk onluqda hazırkı kral ailəsinin daha iki nümayəndəsi – kraliça Sofiya (4-cü yer) və şahzadə Felipe (10-cu yer), həmçinin rəssam Pablo Pikasso və Müqəddəs Tereza da var.


Mərhum diktator Fransisko Franko 23-cü yeri tutub.


XS
SM
MD
LG