Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 00:30

Mehdi Mehdiyev şərti cəza ilə azadlığa buraxılıb


Apelyasiya Məhkəməsi mayın 24-də Mehdi Mehdiyevə üç il şərti cəza verib
Apelyasiya Məhkəməsi mayın 24-də Mehdi Mehdiyevə üç il şərti cəza verib

2003-cü il prezident seçkilərindən sonra baş verən kütləvi etiraz aksiyalarında jurnalistə və bir neçə polisə xəsarət yetirməkdə ittiham olunaraq 4 il azadlıqdan məhrum edilən Müsavat partiyasının üzvü Mehdi Mehdiyev azadlığa buraxılıb.


Apelyasiya Məhkəməsi mayın 24-də ona üç il şərti cəza verib.


Mehdi Mehdiyev 3 il axtarışda olandan sonra ötən ilin sentyabrında könüllü hüquq mühafizə orqanlarına təslim olub.


O, 2003-cü il prezident seçkilərindən sonra oktyabr hadisələri zamanı «Lider» televiziyasının müxbirinə və bir neçə polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılırdı. Mehdi Mehdiyev Səbail məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi və 10 ay həbsdə olub.


Mehdi Mehdiyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilmədiyini deyir.


XS
SM
MD
LG