Demokratikləşmə sahəsində Azərbaycanda bəzi islahatların həyata keçirilməsinə ehtiyac var. Bunlar parlamentin müstəqilliyinin artırılması, polisdə islahatların aparılması, məhkəmələrin müstəqilliyi və digər məsələlərdi.
Bunu ATƏT-in Azərbaycandakı nümayəndəsi Xose Luis Xerero Ansola «Keçid cəmiyyətlərində demokratiya» mövzusunda mayın 23-də Bakıda keçirilən beynəlxalq konfransda deyib. O, demokratikləşmə prosesinin təməl prinsiplərindən biri kimi bələdiyyələrin maddi-texniki bazasının yaradılmasının da zəruri olduğunu bildirib. ATƏT təmsilçisinin sözlərinə görə, bu, bələdiyyələrin yerlərdə insanların maraqlarını daha uğurla təmsil edə bilməsinə şərait yaradar:
«Sadaladıqlarım nə qədər uzun olsa da, həlli zəruri olan məsələlərin yalnız bir hissəsidir. Bu işdə ATƏT Azərbaycan hökumətinə istənilən köməyi etməyə hazırdır».